AZ

Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü FOTOLAR

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bu gün Özbəkistanda daha bir yüksəksürətli qatar reysi istismara verilib. 

Avtosfer.az xəbər verir ki, Daşkənd-Xivə reysi ilə hərəkət edən ilk qatar bu səhər yola düşüb. Qatar 1022 kilometr yolu 7 saat 30 dəqiqəyə qət edib.

Halbuki, sovet modeli qatarlarla bu yolu 14 saata getmək mümkündür. 

Cənubi Koreyada istehsal edilmiş qatar bəzi mənzillərdə 250 km/saat sürət yığıb. 7 vaqondan ibarət qatar 389 sərnişin tutumuna malikdir.

Qeyd edək ki, bu, Özbəkistanda ilk belə layihə deyil. 2011-ci ildən Daşkənd-Səmərqənd reysi “Afrosiyob” yüksəksürətli qatarları ilə həyata keçirilir.

Qatar ölkənin 7 vilayətindən keçir. Hazırda şəbəkənin genişləndirilməsi və yenilənməsi üzərində iş gedir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
avtosfer.az

1Mənbələr