AZ

Ulu Öndərin 103 illiyinə həsr olunmuş XIII Spartakiada başa çatıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) bu ali təhsil müəssisəsinin əməkdaşları və tələbələri arasında keçirilən XIII Spartakiada başa çatıb. Spartakiada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi və AzTU İdman Klubunun təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Spartakiadada iştirak edən AzTU əməkdaşları futzal, voleybol, stolüstü tennis, dama və şahmat, tələbələr isə futbol, voleybol, stolüstü tennis, dama, şahmat, basketbol və sərbəst güləş üzrə yarışıblar.

Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Spartakiadanın keçirilməsi universitetdə ənənəyə çevrilib və hər il böyük maraqla qarşılanır. Yarışların keçirilməsində əsas məqsəd Azərbaycanın uğurlu idman siyasətinə dəstək göstərmək, gənclərin sağlam və vətənpərvər ruhda yetişməsinə töhfə vermək, eləcə də universitet əməkdaşları və tələbələr arasında birlik və komanda ruhunu gücləndirməkdir.

Daha sonra qaliblərə mükafatlar təqdim olunub. Qalib komandalar və iştirakçılar diplom, medal və kuboklarla təltif olunublar.

Əməkdaşlar arasında futzal, voleybol, şahmat, dama və stolüstü tennis olmaqla 5 idman növü üzrə keçirilən yarışlarda ümumilikdə 198 nəfər iştirak edib. Tələbələr arasında isə stolüstü tennis, şahmat, futbol, voleybol, basketbol, sərbəst güləş və dama daxil olmaqla 7 idman növü üzrə təşkil olunan yarışlarda 284 tələbə mübarizə aparıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
azertag.az

2Mənbələr