AZ

2028 ci ilədək 36 yeni dövlət standartı layihəsi qəbul olunacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

“2026 –2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı” çərçivəsində 36 yeni dövlət standartı layihəsi müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) AZƏRTAC-a bildirilib ki, “Tekstil sahəsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 45) növbəti iclası keçirilib.

İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Tekstil Assosiasiyası, Mərkəzi Gömrük Ekspertizası İdarəsi və “Dress Uniform” MMC-nin təmsilçiləri iştirak ediblər.

İclas çərçivəsində sözügedən Texniki Komitənin fəaliyyət planına uyğun olaraq “2026 –2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı” çərçivəsində 36 yeni dövlət standartı layihəsinin müzakirəsi, “Milli geyimlər” alt komitəsinin yaradılması, habelə struktur dəyişikliyi və AZSTAND/TK 45-ə yeni üzvlərin qəbul edilməsi məsələlərinə nəzər salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr