Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi Süveyş kanalından keçərək Qırmızı dənizin cənubuna doğru hərəkət edir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, gəminin bölgəyə yerləşdirilməsi Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin olunmasına yönələn mümkün çoxmillətli missiyaya hazırlıq çərçivəsində həyata keçirilir.
Həmçinin qeyd olunub ki, koalisiya təşəbbüsünə Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Kir Starmer rəhbərlik edir.