AZ

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.

Marja xəbər verir ki, vəsaitin xarici ticarətin maliyyələşdirilməsi, davamlı kənd təsərrüfatı layihələri və real sektorda investisiyalar üçün istifadə olunması nəzərdə tutulmuşdur.

Layihə iqtisadiyyatın müxtəlif sahələrində dayanıqlı və inklüziv inkişafın təşviqinə xidmət etməklə yanaşı, eyni zamanda beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır.

Qeyd edək ki, layihədə dünyanın 24 ölkəsindən 60 aparıcı maliyyə institutu iştirak etmişdir.

Xalq Bank əvvəlki illərdə də dayanıqlı inkişaf prinsiplərini əsas götürərək müxtəlif irihəcmli sindikat kredit layihələrində fəal iştirak etmiş, bu istiqamətdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.

xalq bankziraat bank sindikat kreditisindikat kreditixalq bank beynəlxalq maliyyə bazarlarıxalq bank beynəlxalq layihəziraat bank kredit layihəsisindikat kredit maliyyələşməsixarici ticarətin maliyyələşdirilməsidavamlı kənd təsərrüfatı layihələrireal sektor investisiyalarıbeynəlxalq maliyyə institutları24 ölkə 60 maliyyə institutuxalq bank beynəlxalq əməkdaşlıqdayanıqlı inkişaf layihələribank sektorunda sindikat kreditləribeynəlxalq ticarət əlaqələrixalq bank maliyyə layihələri
Seçilən
1
4
marja.az

5Mənbələr