ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
İsrail Müdafiə Ordusu (SAXAL) bir ay ərzində Livanın şiə "Hizbullah" hərəkatının 200-dən çox silahlı radikalını ləğv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz dəftərxanası tərəfindən yayımlanan video müraciətində məlumat verib.
"Bir ay ərzində biz İsrail vətəndaşlarına və SAXAL əsgərlərinə qarşı fəaliyyət göstərən 200-dən çox 'Hizbullah' terrorçusunu zərərsizləşdirdik", — deyə İsrailin Baş naziri bildirib.
Netanyahu qeyd edib ki, mayın 6-da Beyrutda SAXAL "Hizbullah"ın xüsusi təyinatlı "Radvan" bölməsinin komandirini məhv edib. "Bu, İsrailin şimalını ələ keçirmək planına rəhbərlik edən həmin yüksək rütbəli terrorçudur", — deyə Baş nazir bəyan edib. Onun sözlərinə görə, məhv edilən şəxs "Beyrutdakı gizli terror qərargahından hücumları idarə etməyə davam edə biləcəyini düşünürdü". "Ehtimal ki, o ('Radvan' qüvvələrinin komandiri), mətbuatda Beyrutda toxunulmazlığının olduğunu oxumuşdu, lakin artıq bu, belə deyil", — deyə Netanyahu əlavə edib.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.