AZ

Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov özünü böyük futbol azarkeşi hesab etmir.

67 kq çəki dərəcəsində mübarizə aparan 4 qat Avropa çempionu bu barədə "Far.Az"a müsahibəsində bildirib.

O, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarını izlədiyini və Ağdam təmsilçisinin hər qələbəsindən qürurlandığını vurğulayıb:

"Düzünü desəm, özümü böyük futbol azarkeşi saymıram. Amma maraqlı oyunları, xüsusilə dünya çempionatı kimi nüfuzlu turnirləri izləməyi sevirəm. Həmçinin "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Onların Azərbaycanın adını Avropada tanıtması məni də qürurlandırır. Fərqli idman növlərində çıxış etsək də, məqsədimiz eynidir - ölkəmizi layiqincə təmsil etmək".

Həsrət Cəfərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Seçilən
2
far.az

1Mənbələr