AZ

"Neftçi" 1/4 finala yüksəldi

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.

"Neftçi" növbəti matçda Çin millisi ilə üz-üzə gəlib. Təmsilçimiz 19:17 hesablı qələbəyə sevinib.

Azərbaycan komandası 1/4 final oyununda sabah, Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.

“Sabah” seriyaya qələbə ilə başladı

ABL: “Sabah”ın finaldakı rəqibi müəyyənləşdi

“Sabah” ABL-in finalında

“Sabah” “Gəncə” ilə qarşılaşacaq

"Neftçi" yarımfinalda məğlub olub - YENİLƏNİB

Seçilən
1
1
apasport.az

6Mənbələr