"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 final vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" B qrupunda keçirdiyi hər iki oyunu qalib tamamlayıb.
Ratomir Deliçin çalışdırdığı kollektiv Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə yenib.
Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.
Turnir mayın 8-də başa çatacaq.
Toğrul