Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tbilisi, 7 may, AZƏRTAC
Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasının iclası mayın 11-də Tbilisidəki Müqəddəs Üçlük Patriarxal Katedralında keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Patriarxlıq sosial mediada məlumat yayıb.
Bildirilib ki, iclasla bağlı təşkilati və texniki detallar daha sonra açıqlanacaq.
Qeyd edək ki, yeni patriarx seçkilərinin əvvəllər müxtəlif vaxtlarda keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Yeni patriarxın seçkisi ərəfəsində ölkədə kilsəyə böyük təzyiq var. Hökumət nümayəndələri və kilsə xadimləri dəfələrlə bəzi qüvvələrə müraciət edərək, onları kilsənin işinə qarşımamağa çağırıblar.
Xatırladaq ki, Müqəddəs Sinod patriarxatlığa üç namizəd seçib. Sinodun qərarına əsasən, Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Urbnisi və Ruisi yeparxiyasının mitropoliti Job, eləcə də Poti və Xobi mitropoliti Qriqoli patriarxatlığa namizəd olacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.