Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclas şahid ifadələri ilə davam edib.
Nemət Nəcəfov hadisə barədə bunları deyib:"Mən cinayətin baş verdiyi gözəllik salonun sahibiyəm. Hadisədən bir gün qabaq Samirin əlində mismar görmüşəm. Deyirdi ki, bu mismarla onun gözünü çıxaracağam".Məhkəmənin növbəti iclası mayın 14-nə təyin olunub.Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.
Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. /Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31