AZ

Fransada hər üç valideyndən biri uşağının məktəbdə zorakılıq və ya ayrı seçkiliyə məruz qaldığını bildirib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

Hüquq müdafiəçisi tərəfindən cümə axşamı dərc edilən və BFM TV telekanalının istinad etdiyi sorğuya görə, hər üç fransız valideyndən biri övladının məktəbdə zorakılığa və ya ayrı-seçkiliyə məruz qaldığını bildirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sorğuda valideynlərin üçdə birinin övladlarının ya digər şagirdlərin zorakılığına, yaxud məktəb sistemi tərəfindən ayrı-seçkiliyə məruz qaldığını bildirdiyi aşkar edilib.

2024-cü ilin oktyabr ayı ilə 2025-ci ilin yanvar ayı arasında 6-23 yaş arası uşaqları olan təxminən 2 min valideyn arasında sorğu aparılıb. İştirakçılardan uşaqlarının son beş ildə məktəblər və ya digər şagirdlər tərəfindən qeyri-adekvat rəftara və ya zorakılığa məruz qalıb-qalmadığı soruşulub.

Məlum olub ki, uşaqların 18 faizi intizam sanksiyalarına, 19 faizi isə akademik istiqamətləndirmə qərarlarına, 14 faizi isə zorakılığa məruz qalıb.

Qeyri-bərabər rəftara məruz qaldığını bildirən valideynlərin təxminən 70 faizi bunun əlillik, fiziki görünüş, sosial mənşə, dəri rəngi, din, milliyyət və ya cinsiyyət kimi qanunla qadağan edilmiş meyarlarla əlaqəli olduğunu bildirib.

Sorğunun nəticələrində sağlamlıq vəziyyəti və ya əlilliyin “əsas ayrı-seçkilik meyarı” olduğu vurğulanıb.

Bu arada, hər 10 valideyndən üçü övladının zorakılığa, biri isə kiberzorakılığa məruz qaldığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azertag.az

2Mənbələr