AZ

Sabah Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlər irəli sürüləcək

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sabah Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək. İclasda mən də iştirak edəcəm. Namizədim Şəfiqə Məmmədova olacaq".

Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

"Siz bir müddət əvvəl Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsinin əleyhinə idiniz, sonra nə baş verdi" sualına cavabda Xalq artisti deyib: "Məni kino sahəsi maraqlandırır. Bu gün dövlət səviyyəsində yeganə qəbul edilən şəxs Şəfiqə Məmmədovadır. Düşünürəm ki, kinostudiyanı yalnız Şəfiqə Məmmədova xilas edə bilər".

Ə. Mahmudov səhhətindən də danışıb: "Moskvadan müalicədən qayıtmışam. İyunun ortasında yenidən gedəcəm. Özümü yaxşı hiss etmirəm. Bütün xəstəliklər bir-birinə qarışıb".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da İstanbul Memorial Xəstəxanasında vəfat edib. Bu gün mərhumun 40 mərasimidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
moderator.az

3Mənbələr