İcra başçısı onu vəzifədən azad etdi - FOTO
Ajans.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri İskəndər Cahangir-zadə vəzifəsindən azad olunub. Qeyd edək ki, İ.Cahangir-zadə 2013-cü ildən Binəqədi RİH-də müxtəlif vəzifələrdə - aparıcı məsləhətçi, sektor müdiri, başçının köməkçisi, şöbə müdiri vəzifələrində çalışıb. 