Rumıniyalı tanınmış mütəxəssis Marius Şumuditsa Azərbaycanda işləməyə müsbət yanaşır.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Azərtac-a 55 yaşlı çalışdırıcı özü məlumat verib.
O, yaxın vaxtlarda Azərbaycandan rəsmi təklif almadığını bildirib:
“Lakin sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyə bilərəm. Hazırda isə mənim üçün prioritet Türkiyəyə qayıdaraq orada fəaliyyət göstərməkdir”.
Qeyd edək ki, vaxtilə Marius Şumuditsanın adı “Neftçi” ilə hallanırdı.