"Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisi Şöbələrinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə avtomobillərin saz vəziyyətdə saxlanılması barədə söhbətlər aparıb, onlara hüquq və vəzifələrini izah edilib.
Tədbir çərçivəsində saxlanılan bəzi nəqliyyat vasitəsi sürücülərinə avtomobildən atılan zəhəli qazın miqdarı normadan çox yuxarı olduğu üçün protokol tərtib edilib. Həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimələnib.