AZ

Yasamalda zəncirvari qəza: Dörd taksi toqquşdu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 6-da axşam saatlarında “İnşaatçılar” metrosunun yaxınlığında qeydə alınıb. Hadisə zamanı taksi fəaliyyəti ilə məşğul olan “Lada” markalı, “Toyota Aqua” markalı, “Toyota Prius” markalı və “Toyota” markalı avtomobillər toqquşub.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması olub. Nəticədə avtomobillərə maddi ziyan dəyib, xəsarət alan olmayıb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
avtosfer.az

1Mənbələr