AZ

“Ən yaxşı təqdimat : Qaliblər məlum oldu

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin  gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsi uğurla başa çatdı. 

“Cebheinfo.az” xəbər verir ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. 

Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat etmiş, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilmiş, 33 nəfər müsabiqənin qalibi olub. 

Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb. Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
7
cebheinfo.az

10Mənbələr