AZ

Tiktoker sürücü qırmızı işıqda maşından düşüb hoqqa verdi VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Gəncədə qadın sürücünün avtomobillə hərəkəti sərgilədiyi davranışlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə “Melisa” ləqəbi ilə tanınan bloger “Chevrolet” markalı, 99-ZY-591 nömrə nişanlı avtomobili idarə edərkən diqqətçəkən görüntülər paylaşıb.

Kadrlarda sürücünün işıqforun qırmızı işığında avtomobili saxladıqdan sonra avtomobildən düşərək rəqs etdiyi əks olunub. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi sosial şəbəkə istifadəçiləri bu cür davranışların yol hərəkəti iştirakçıları üçün təhlükə yarada biləcəyini bildirərək, sürücülərin yollarda daha məsuliyyətli davranmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yol hərəkəti zamanı diqqəti yayındıran və təhlükə yaradan hərəkətlər həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün risk hesab olunur.

Eltac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
avtosfer.az

1Mənbələr