AZ

Uçot dərəcəsinin aşağı salınması pərakəndə kreditlərin ucuzlaşmasına səbəb olmayıb 0,46 faiz bəndi bahalaşıb

Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Ötən ilin iyul ayından uçot dərəcəsinin aşağı salınması ilə paralel olaraq həmin qərarların yeni cəlb olunmuş depozitlərə və yeni verilmiş kreditlərin faizlərinə təsirini təhlil edirik".

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kazımov, "Ötən ilin iyul ayı ilə müqayisədə həm fiziki şəxslərdən, həm də hüquqi şəxslərdən cəlb olunmuş yeni depozitlər üzrə faizlərin aşağı doğru enməsini müşahidə edirik. Müvafiq olaraq, fiziki şəxslər üzrə faizlər 0,46 faiz bəndi, hüquqi şəxslər üzrə isə 0,55 faiz bəndi azalıb" deyərək əlavə edib:

"Hüquqi şəxslərə verilmiş kreditlərdə də, iyul ayı ilə müqayisədə faizlərin aşağı doğru düşməsini müşahidə edirik. İyul ayı ilə müqayisədə mart ayında hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faizlər 0,46 faiz bəndi azalıb.

Əks istiqaməti isə pərakəndə kreditlərdə, yəni fiziki şəxslərə verilmiş kreditlərdə görürük. Bu istiqamətdə faizlər eyni dövrlə müqayisədə 0,49 faiz bəndi artıb. Bunun səbəblərini, sözsüz ki, təhlil etmişik. Tənzimləmə alətlərimizdən istifadə etməklə növbəti aylarda bu istiqamətdə də dəyişikliklərə nail olmağı planlaşdırırıq".

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
marja.az

2Mənbələr