ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 may, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab matçları baş tutacaq.
AZƏRTAC xəbər verir ki, "Strasburq" Fransada İspaniyanın "Rayo Valyekano", "Kristal Pelas" isə İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk görüşlərdə "Rayo Valyekano" 1:0, "Kristal Pelas" isə 3:1 hesabı ilə qələbə qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.