ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq. Sport24.az xəbər verir ki, bu axşam keçiriləcək cavab qarşılaşmalarından sonra mayın 20-də İstanbulda keçiriləcək final matçına vəsiqə qazanan komandalar müəyyənləşəcək.
"Frayburq" ilk görüşdə səfərdə 1:2 hesabı ilə məğlub olduğu Portuqaliya "Braqa"sını qonaq edəcək. Digər oyunda iki ingilis klubu qarşılaşacaq. "Nottingem Forest" ilk matçda minimal hesablı yendiyi "Aston Villa" ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.