AZ

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ötən

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Mayın 6-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ulusum.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 97, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 36,2 kiloqramdan artıq narkotik vasitə və 6958 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 tüfəng, 10 patron darağı və 1131 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.

Diqqət Çəkənlər

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayış zamanı xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb

Bakıda “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir keçirilib

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Seçilən
21
31
ulusum.az

10Mənbələr