Fransa öz gəmilərinin zərbə qrupunu Qırmızı dənizə göndərib.
“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, Paris Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı missiya hazırlayır.
Fransa Prezidentliyinin sözçüsü Parisin hərəkətlərinin səbəblərini belə izah edib:
"Bu gün yeni səylər göstərməli olduğumuzun səbəbi Hörmüz boğazının blokadasının davam etməsi, qlobal iqtisadiyyata dəyən ziyanın getdikcə daha çox nəzərə çarpması və döyüşlərin uzadılması riskinin qəbuledilməz olmasıdır".
Fransa ilə Böyük Britaniya bir neçə həftədir ki, birlikdə çalışır və gəmiçiliyin təhlükəsizliyi üçün xüsusi təkliflər hazırlayırlar. Planın münaqişənin kəskin mərhələsi həll edildikdən sonra həyata keçirilməsi gözlənilir.
"Şarl de Qoll" təyyarədaşıyan gəmisi təkbaşına dənizə çıxmayıb. Onu İtaliya və Hollandiya hərbi gəmiləri müşayiət edir və bütün qrup hazırda Qırmızı dənizin cənubuna doğru gedir.
Orduların aşağıdakı vəzifələri var:
*Regiondakı əməliyyat vəziyyətini qiymətləndirmək;
*Böhranın idarə edilməsi variantlarını genişləndirmək;
*Tərəfdaş qüvvələri vahid müdafiə sisteminə inteqrasiya etmək;
* Dəniz ticarəti iştirakçılarını təhlükəsizliyə əmin etmək.
Paris çətin bir kompromis təklif edir: İrana gəmilərinin boğazdan sərbəst keçməsi təmin edilməli, lakin bunun müqabilində Tehran nüvə proqramı və raketləri ilə bağlı danışıqlara başlamalıdır. ABŞ da öz növbəsində blokadanı ləğv etməlidir.
Fransa Prezidentinin rəsmisi əlavə edib:
"Biz təklif edirik ki, İran gəmilərinin boğazdan keçməsini təmin etsin və bunun müqabilində amerikalılarla nüvə materialları, raketlər və region barədə danışıqlar aparmaq öhdəliyini götürsün.
Biz, həmçinin təklif edirik ki, amerikalılar da öz növbəsində Hörmüz boğazının blokadasını ləğv etsinlər və bunun müqabilində İranın danışıqlar aparmaq öhdəliyini alsınlar.
Bu şərtlər daxilində Hörmüz boğazından keçən karvanların təhlükəsizliyini təmin etmək üçün çoxmillətli qüvvələr yerləşdirə bilərik. bbu, açıq-aydın iranlıların gəmilərə atəş açmamasını tələb edəcək".