Bakı, 7 may, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, İngiltərə təmsilçilərindən "Aston Villa" öz meydanında "Nottinqem Forest"i sınağa çəkəcək. Komandalar arasında ilk matçda Nottinqem klubu minimal hesablı qələbə qazanıb – 1:0.
Digər qarşılaşmada isə “Frayburq” Almaniyada Portuqaliyanın “Braqa” kollektivini qəbul edəcək. İlk görüş Portuqaliya klubunun 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, final görüşü mayın 20-də İstanbulda təşkil olunacaq.