ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər müəyyən ediblər ki, gündəlik çay və ya qəhvə seçimi yaşlı qadınlarda sümük sağlamlığına əhəmiyyətli təsir göstərə bilər. Demokrat.az “ScienceAlert” jurnalına istinadən xəbər verir ki, tədqiqatçılar minlərlə qadının qidalanma vərdişlərini və sümük toxumasının vəziyyətini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.Məlumata görə, osteoporoz 50 yaşdan yuxarı qadınlar arasında ən geniş yayılmış problemlərdən biri olaraq qalır. Mütəxəssislərin hesablamalarına əsasən, hər üç qadından biri bu xəstəliklə üzləşir.Osteoporoz sümük toxumasının dağılması və bərpası arasındakı balansın pozulması nəticəsində yaranır. Bu zaman sümüklər daha kövrək olur və sınıqlara meyillilik artır. Menopauzadan sonra estrogen hormonunun səviyyəsinin azalması riskin yüksəlməsinə səbəb olur, çünki bu hormon sümük möhkəmliyinin qorunmasında mühüm rol oynayır.“Nutrients” jurnalında dərc olunan araşdırma çərçivəsində Avstraliyanın Flinders Universitetinin alimləri ABŞ-da yaşı 65-dən yuxarı olan təxminən 9700 qadının məlumatlarını öyrəniblər.Təxminən 10 il davam edən müşahidə müddətində iştirakçılar içki vərdişləri barədə məlumat verib və sümük mineral sıxlığını müəyyən edən tibbi müayinələrdən keçiblər.Nəticələr göstərib ki, müntəzəm çay içən qadınlarda bud nahiyəsində sümük sıxlığı bir qədər yüksək olub. Alimlər bunu çayın tərkibində olan və sümük formalaşdıran hüceyrələri stimullaşdıra bilən katexin maddələri ilə əlaqələndirirlər. Çayın xüsusilə artıq çəkili qadınlarda müsbət təsir göstərdiyi qeyd olunur.Flinders Universitetinin epidemioloqu Envu Lyu bildirib: “Sümük sıxlığındakı hətta kiçik artımlar belə sınıqların sayının azalmasına səbəb ola bilər”.Qəhvə ilə bağlı nəticələr isə daha mürəkkəb olub. Gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük sıxlığının daha aşağı olduğu müşahidə edilib.Bu, kofeinin kalsiumun mənimsənilməsinə mane ola biləcəyini göstərən əvvəlki araşdırmaları təsdiqləyir.Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, həyat boyu çoxlu alkoqol qəbul edən qadınlarda qəhvə istifadəsi sümük toxumasının daha da zəifləməsi ilə əlaqəlidir. Bu isə həmin amillərin birlikdə mənfi təsirinin güclənə biləcəyini göstərir.Bununla yanaşı, alimlər tələsik nəticə çıxarmağın düzgün olmadığını vurğulayıblar.Envu Lyunun sözlərinə görə: “Bu nəticələr qəhvədən tam imtina etməli və ya litr-litr çay içməli olduğunuz anlamına gəlmir. Lakin araşdırma göstərir ki, çayın orta səviyyədə istifadəsi sümük sağlamlığını qorumağın sadə yollarından biri ola bilər. Çox yüksək miqdarda qəhvə istehlakı isə, xüsusilə alkoqol qəbul edən qadınlar üçün zərərli ola bilər”.Bundan əvvəl mütəxəssislər 50 yaşdan sonra sümüklərin möhkəm qalmasına kömək edən qidalar barədə də məlumat vermişdilər. Bildirilirdi ki, bu yaşdan sonra kalsium və D vitamini ilə zəngin məhsulların qəbulu artırılmalıdır. Belə məhsullardan biri də sardina balığı hesab olunur. Xüsusilə balığın xırda sümükləri ilə birlikdə yeyilməsi faydalı sayılır.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.