AZ

Arxeologiyada mütləq tarixləndirmə və fiziki kimyəvi analiz metodları elmi seminar

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Arxeologiyada mütləq tarixləndirmə və fiziki-kimyəvi analiz metodları” mövzusunda elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda məruzəçi qismində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun elmi işçisi Aybəniz Əhədova çıxış edib. Məruzədə arxeologiyada istifadə olunan müasir tarixləndirmə üsulları, xüsusilə radiokarbon analizi və digər fiziki-kimyəvi metodların tətbiqi imkanları təqdim olunub.

Seminarda arxeoloji materialların dəqiq xronoloji çərçivəyə salınmasının əhəmiyyəti vurğulanıb, analiz prosesində tətbiq olunan müasir texnologiyalar və onların nəticələrinin interpretasiyası ilə bağlı mühüm məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki tətbiqlər və metodların üstünlükləri müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb. Seminar interaktiv müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
azertag.az

1Mənbələr