AZ

İkinci beynimizi məhv edən vərdişlər Hər gün yediyimiz bu məhsullara diqqət

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bədənimizin "ikinci beyni" hesab olunan bağırsaqlar sağlamlığın təməl sütunlarından biri sayılır. İnsanın enerji səviyyəsi, immun sistemi və hətta ruh halı birbaşa həzm sisteminin necə işləməsindən asılıdır.Demokrat.az xəbər verir ki, qəbul etdiyimiz bəzi qidalar bağırsaq florasına ciddi ziyan vuraraq müdafiə sistemini zəiflədir. Mikrobiota adlanan və trilyonlarla bakteriyadan ibarət olan bu balanslı sistem qidalanma vərdişlərimizlə formalaşır. Lakin gündəlik həyatda tez-tez istifadə edilən bəzi məhsullar bu həssas tarazlığı pozaraq bağırsaqlarda böhran vəziyyəti yaradır.Həzm sisteminin ən böyük düşməni kimi yüksək miqdarda şəkər və süni qatqıları olan ultra işlənmiş qidalar göstərilir. Bu növ qidalar faydalı bakteriyaların sayını azaldır, zərərli mikrobların çoxalmasına və iltihablanmaya şərait yaradır. Xüsusilə "pəhriz" və ya "şəkərsiz" etiketi ilə satılan məhsullardakı süni dadlandırıcılar bağırsaq baryerinə zərər verərək keçirici bağırsaq riskini artırır. Bu zaman zərərli maddələr birbaşa qana qarışaraq xroniki yorğunluğa səbəb olur.Həzm sistemini qorumaq üçün lifli qidalara üstünlük vermək olduqca vacibdir. İşlənmiş un və rafinə edilmiş şəkər bağırsaq hərəkətlərini yavaşladaraq immun sistemini aşağı salır. Sağlamlığı bərpa etmək üçün qatıq, kefir, turşu kimi qıcqırdılmış məhsulların istehlakı, rəngli tərəvəzlər və şəkərdən uzaq durmaq əsas şərtlərdən biridir.Yəni, bağırsaqlarımızın sağlam qalması üçün paketlənmiş hazır qidalardan və süni şirinləşdiricilərdən qaçmalı, təbii liflərlə zəngin olan kənd təsərrüfatı məhsullarına üstünlük verməliyik.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr