AZ

Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır - RƏSMİ

Azərbaycanda hazırda ahıllar üçün sosial xidmət müəssisəsində 222 ahıl şəxs yaşayır.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Belə ki, onlardan 124-ü kişi, 98-i qadındır.

Qeyd edək ki, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisədə stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir.

Seçilən
9
2
aznews.az

7Mənbələr