AZ

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.

"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.

Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0.

Hər iki görüş saat 23:00-da start götürəcək.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

Seçilən
56
7
bakivaxti.az

8Mənbələr