AZ

Diri diri basdırıldıqda... İllər sonra açıqladı FOTO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin məşhur aktrisası Pelin Karahan illər əvvəl rol aldığı "Kavak Yelleri" serialında çəkilən bir səhnənin onda ciddi psixoloji travma yaratdığını etiraf edib.

Milli.Az xəbər verir ki, "YouTube"da yayımlanan "Masa Alakart" proqramına qatılan aktrisa serialda diri-diri torpağa basdırıldığı səhnədən sonra panik atak keçirməyə başladığını bildirib.

P.Karahan çəkiliş zamanı yaşadığı çətin anları belə təsvir edib:

"Diri-diri basdırıldığım bir səhnə var idi. Üstümə yaş torpaq atdılar və rejissor nəfəsimi saxlamağımı dedi. Torpağın ağırlığından barmağımı belə qaldıra bilmirdim. Ertəsi gün terapiyaya başladım".

Aktrisa qeyd edib ki, serialdakı dramatik səhnələr onun psixologiyasına ciddi təsir göstərib:

"Serialda onsuz da çox ağır dramatik səhnələr var idi. Psixologiyam zədələnmişdi".

Qeyd edək ki, 2007-2011-ci illərdə yayımlanan və böyük izləyici kütləsi qazanan serialda "Aslı" obrazını canlandıran Pelin Karahan həmin layihə ilə geniş tanınıb.

Bu arada, məşhur aktrisanın şəxsi həyatı ilə bağlı da diqqətçəkən xəbər yayılıb. Bildirilir ki, Pelin Karahan 12 illik həyat yoldaşı Bedri Güntay ilə qarşılıqlı razılıq əsasında boşanıb. Cütlüyün iki övladı var. (Musavat.com)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
news.milli.az

2Mənbələr