ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Gəncədə yeniyetmə bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.Belə ki, şəhər sakini, 2012-ci il təvəllüdlü S.Həsənzadə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.