AZ

İtaliyada xaos: Tovuzquşular şəhəri işğal edib

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın Adriatik dənizi sahilində yerləşən kiçik Punta-Marina şəhəri tovuzquşularının axınına məruz qalıb.Bizim.Media xəbər verir ki, bu barədə “aif.ru” yerli mediaya istinadən yazır.Jurnalistlər qeyd edirlər ki, şəhərdə məskunlaşan quş koloniyası əsl xaos yaradıb. Yerli sakinlər quşların sayının təxminən 400 olduğunu bildiriblər."Onlar hər yerdədir!" – deyə şəhər sakinlərindən biri deyib.

 

Tovuzquşuları yol hərəkətinə mane olur, evlərin damlarını və avtomobilləri zədələyir. İnsanlar quşların səslərindən yata bilmədikləri üçün şikayətləniblər. Punta-Marina sakinlərindən biri isə quşların səhər saat 4-dən səs salmağa başladığını və buna görə artıq şəhərdə qala bilmədiyini deyib.

Şəhər rəhbərliyi yaxın vaxtlarda tovuzquşularının siyahıyaalınmasını həyata keçirəcəyinə və problemin həllini tapacağına söz verib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
bizim.media

3Mənbələr