AZ

Paytaxt hər il 24 santimetr yerin altına gedir

Meksikanın paytaxtı Mexiko sürətlə çökür.

Musavat.com xəbər verir ki, NASA-nın peyk görüntülərinə əsasən, şəhərin bəzi hissələri ildə 24 santimetrə qədər aşağı enir.

Qədimdə göl üzərində salınan şəhərdə küçələr bir vaxtlar kanal kimi istifadə olunurdu. XX əsrdə yeraltı suların intensiv çəkilməsi və geniş tikinti işləri su qatlarının tükənməsinə səbəb olub.

Nəticədə meqapolis ayda təxminən 2 santimetr çökür. Son bir əsrdə Mexiko ümumilikdə 12 metrə qədər “aşağı enib”.

Bu proses şəhərin kritik infrastrukturuna ciddi zərər vurur. Metro, drenaj və kanalizasiya sistemi, yaşayış binaları, eləcə də tarixi abidələr risk altındadır.

Şəhərin mərkəzində yerləşən kafedral kilsənin də nəzərəçarpacaq dərəcədə əyildiyi və mövqeyini dəyişməyə davam etdiyi bildirilir.

NASA tədqiqatçıları peyk müşahidələrini genişləndirməyi planlaşdırırlar. Məqsəd şəhər hakimiyyətinə hansı məhəllələrin daha təcili təmirə ehtiyacı olduğunu müəyyənləşdirməkdə kömək etməkdir.

 

Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr