AZ

Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Masallıda avtomobili cızan şəxs cərimələnib. Avtosfer Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib. 26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir - red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus "Changan Unı-T" markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub. Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib. Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib. Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
avtosfer.az

4Mənbələr