AZ

Zelenski Prezident İlham Əliyevə zəng etdi



Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".

Seçilən
10
3
baki-xeber.com

10Mənbələr