AZ

9-cu sinif şagirdi həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.

Emin bu günlərdə 9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.

Seçilən
24
10
publika.az

10Mənbələr