
Rusiyanın Arxangelsk vilayəti ərazisində yerləşən V. Qrib adına almaz yatağında çəkisi 190,08 karat olan nadir və yüksək keyfiyyətli almaz aşkarlanıb.
Bu barədə AGD Diamonds şirkəti məlumat yayıb. Bildirilib ki, kristalın ölçüləri 45,9 × 24,9 × 20,5 mm təşkil edir.
Şirkətin baş direktoru Mixail Bakov qeyd edib ki, ilkin təsnifata əsasən, tapılan almaz azot miqdarı aşağı olan nadir kateqoriyaya aiddir. Bu isə onun yüksək şəffaflıq və təmizlik dərəcəsinə malik olduğunu göstərir.
Bu tapıntı V. Qrib yatağında sənaye hasilatına başlanandan bəri çıxarılan 50 karatdan böyük 54-cü almazdır. Eyni zamanda, bu, şirkətin 2026-cı ildə çıxardığı üçüncü belə iri almazdır.
Qeyd edək ki, bundan əvvəl – 13 fevral 2026-cı ildə eyni kombinatda çəkisi 228,62 karat olan başqa bir böyük almaz da əldə edilmişdi.
Mart ayında isə şirkət qiymətləndirmə və çeşidləmə üçün yeni sahə istifadəyə verərək, hasilatdan satışa qədər bütün prosesi bir məkanda cəmləşdirib.
V. Qrib yatağı Arxangelsk vilayətində yerləşən iki almaz yatağından biridir. Bu region isə Avropada almazların sənaye üsulu ilə çıxarıldığı yeganə ərazi hesab olunur. Burada hər il təxminən 4 milyon karat almaz hasil edilir.
Bundan əlavə, 2026-cı ilin fevralında müəssisə fəaliyyətə başladığı vaxtdan bəri 50 milyonuncu karatın çıxarılması kimi mühüm istehsal göstəricisinə də nail olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta