AZ

“Neftçi”nin baş məşqçisi: “Dünya Seriyasında yaxşı çıxış etməyə çalışacağıq”

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində yaxşı çıxış etməyə çalışacaq.

İdman.Biz bildirir ki, bu barədə “ağ-qaralar”ın baş məşqçisi Ratomir Deliç açıqlama verib.

Mütəxəssis Report-a açıqlamasında bu turnirin mövsümdə ilk yarışları olduğunu xatırladıb:

“Hamımız buna görə çox həyəcanlıyıq. Hazırlıq üçün çox vaxtımız olmadı. Komandadakı üç oyunçu ötən yay birlikdə çıxış edib, buna görə bir-birimizi yaxşı tanıyırıq. Yeni oyunçumuz Aoi Katsura isə artıq bir neçə ildir 3x3 basketbol oynayır və düşünürəm ki, oyunumuza uyğunlaşması üçün çox vaxta ehtiyac olmayacaq. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək və mümkün qədər tez öz ritmimizi bərpa edək. Dünya Kuboku da çox yaxındadır və biz ora tam hazır olmalıyıq”.

Xatırladaq ki, Manila şəhərindəki yarış mayın 7-də start götürəcək. Azərbaycan təmsilçisi həmin gün Polşa və Çin yığmaları ilə üz-üzə gələcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr