Deyirlər ki, "r" hərifi olmayan aylarda balıq yemək olmaz! Bunu isti aylarla əlaqələndirirlər.Guya isti aylarda yeyilən balıq insanları zəhərləyə bilər!
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilməsək də , amma çoxlarının yay aylarında balıq yediyinin şahidi olmuşuq.Qida üzrə ekspert Cavanşir Məmmədov deyir ki, balığı istənilən ayda istehlak etmək olar.Yetər ki, o balıq təzə olsun. Onu da qeyd edim ki, balıq digər qırmızı ətlərlə müqayisədə insan üçün daha xeyirlidir.
Çünki onun tərkibində dana və qoyun ətilə müqayisədə xolesterin yoxdur. Xüsusilə ürək- damar və göz xəstəlikləri olan adamlar balıqdan istifadə etməsi daha məqsədəuyğundur! Təzə və köhnə balığı da müəyyənləşdirmək heç də bir o qədər çətin deyil.Bunun üçün bir balaca diqqətli olmaq lazımdır!
Həkimin dediyi kimi, ilin istənilən fəslində, istənilən ayında balıq yemək olar. Sadəcə olaraq hər adamın sözünə yox, balıqçıların , mütəxəssislərin dediklərinə inanmaq lazımdır!!!
Emil FAİQOĞLU