AZ

Livan və İsrail danışıqların 3-cü raunduna hazırlaşır - Vaşinqtonda olacaq

Livan və İsrail arasındakı danışıqların üçüncü raundu gələn həftə Vaşinqtonda keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
 

Agentliyin həmsöhbətinin sözlərinə görə, danışıqların yeni raundu zamanı Livan atəşin tam və dərhal dayandırılması barədə razılığa gəlməyə ümid edir ki, bu da Beyrut üçün mütləq prioritetdir.


Aprelin 24-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail və Livanın sülh barədə razılığa gəlmək üçün böyük şansı var.

O, Ağ Evdə İsrail və Livan səfirləri arasında görüşün "çox yaxşı" keçdiyini və tərəflərin atəşkəsi üç həftə uzatmaq barədə razılığa gəldiyini bildirib.

Bizim.Media

Seçilən
15
50
bizim.media

10Mənbələr