AZ

Yol polisini 300 metr sürüyən sərxoş sürücü saxlanıldı 6 protokol yazıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Yol polisi əməkdaşının həyatını təhlükəyə atan insident baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Qorno-Altaysk şəhərində baş verib. Məlumata görə, yol-patrul xidmətinin inspektorları şübhəli avtomobili saxlayaraq sürücüdən sənədlərini təqdim etməsini istəyiblər. Lakin qanuni tələbə tabe olmaq əvəzinə, sürücü qəfil qaza basaraq hərəkətə başlayıb. Bu zaman qapıdan yapışan polis əməkdaşı təxminən 300 metr məsafədə asfaltın üzəri ilə sürünmək məcburiyyətində qalıb.

Sürücünün "qaçış planı" uzun sürməyib. İdarəetməni itirən şəxs avtomobili bardürə çırparaq dayanıb.

Nəticədə sürücülük vəsiqəsi olmayan sərxoş sürücü saxlanılıb və ona 6 müvafiq protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına aparılıb.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
avtosfer.az

1Mənbələr