AZ

​“Roma Bakı ilə Brüssel arasında körpü rolunu oynamaq potensialına malikdir” – Elçin Mirzəbəyli

"İtaliyanın Baş naziri Ciorcia Meloninin ölkəmizə səfəri Avropa İttifaqının aparıcı dövlətlərindən birinin regionda formalaşan yeni güc balansına münasibətinin və Azərbaycanla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin açıq nümayişidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Meloninin Ermənistan proqramını başa vurduqdan sonra Bakıya gəlməsi sıradan diplomatik marşrut deyil, konkret siyasi məna və mesajlar daşıyan addımdır. Bu səfərin mahiyyətini anlamaq üçün ilk növbədə Azərbaycan–İtaliya münasibətlərinin son illərdə keçdiyi inkişaf trayektoriyasına diqqət yetirmək lazımdır. İtaliya artıq uzun müddətdir ki, Azərbaycanın Avropadakı əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlıq Bakı ilə Roma arasında münasibətləri strateji səviyyəyə yüksəldib. TAP layihəsi və Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli İtaliyanı təkcə iqtisadi tərəfdaş deyil, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın əsas müttəfiqlərindən birinə çevirib.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropanın enerji siyasətində baş verən dəyişikliklər Azərbaycanın rolunu daha da artırıb. Avropa üçün alternativ enerji mənbələri və marşrutları məsələsi artıq iqtisadi deyil, strateji təhlükəsizlik məsələsinə çevrilib".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Giorgia Meloninin Azərbaycana səfəri Bakı ilə Roma arasında strateji tərəfdaşlığın gücləndiyini göstərən əhəmiyyətli siyasi addım kimi qiymətləndirilir. Səfər enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi baxımından xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bildirib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin və qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. O, Meloninin Ermənistandan sonra Azərbaycana gəlməsinin xüsusi siyasi və rəmzi məna daşıdığını vurğulayıb.

Seçilən
14
aznews.az

1Mənbələr