Bakı Kristal Zalında keçirilən “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalında həlledici mərhələyə start verilib.
90deqiqe.Az xəbər verir ki,yarışın IX turunun rəmzi ilk gedişlərini Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və Beynəlxalq Şahmat Federasiyasının baş katibi Lukas Turlej ediblər.
Qeyd edək ki, nüfuzlu turnirdə 10 ölkədən 900-dən artıq şahmatçı mübarizə aparır. “Baku Open 2026” beynəlxalq turnirinin ümumi mükafat fondu isə 50 min ABŞ dolları təşkil edir.