Bu gün Tovuz Rayon Məhkəməsində Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev haqqında hökm çıxarılıb.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə gözdən əlil qaziyə2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıqda ittiham olunurdu.
O, sosial şəbəkələrdə daha çox qazilərin problemlərini işıqlandıran fəal kimi tanınıb.