AZ

“Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” layihəsi reallaşdırılır

1 may 2026-cı il tarixindən etibarən “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-Cı İl üzrə kiçik qrant müsabiqəsinin qalibi olaraq növbəti 2 aylıq aktual layihəsini həyata keçirməyə başlayıb.

“Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” layihəsi haqqında “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri, şəhid xanımı Almaz Zeynalova saytımıza geniş açıqlama verib.

A.Zeynalovanın bildirdiyinə görə, sabiq məcburi köçkun, əslən Qarabağdan olan şəhid və qazi ailələrin uşaqlarına interaktiv-kreativ formada milli-mənəvi dəyərləri, eləcə də Zəfər qəhrəmanlarının igidlikləri çatdırmaqla, onların vətənpərvər şəxsiyyət kimi formalaşdırılması üçün sağlam psixomədəni, qarşılıqlı sosial birgəyaşarlığa səsləyən layihənin əsas məqsədi Böyük Qayıdış prosesinə dəstək vermək, uşaqların teatr/kinoteatra, tarix, incəsənət muzeyinə ziyarətləri, eləcə də təbiət qoynuna ekskursiyasını təşkil etmək, həmçinin doğma diyarlarının inkişafı üçün təklifləri/arzuları, ideyalar əks etdirən müzakirələrin aparılması, istedadlı uşaqların sərgisinin nümayişi də daxil olmaqla, real/virtual təqdimat mərasiminin təşkili ilə post-münaqişə dövründə müharibənin psixoloji-mənəvi gərginliklərini azaltmaq, həssas qruplara yardım etməkdir.

Layihə fəaliyyətləri şəhid və qazi ailələrinin 8-16 yaş arası uşaqlarına yönəlib, aşağıdakı nəticələr əldə ediləcəyi gözlənilir. Valideynlərin də fəal iştirakıyla 30 nəfərə qədər uşaqların istirahəti mənalı şəkildə təşkil ediləcək. Uşaqlar birlikdə teatr/kinoteatra, tarix, incəsənət muzeyinə və təbiət qoynuna ekskursiyaları təşkil, bilgilənmə xarakterli oyunlar, görüşlər vasitəsilə onların estetik inkişafına yardımçı olunacaq. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbirləri həyata keçiriləcək: yaradıcı mobil master-klasslar reallaşdırılacaq. QHT-nin ofisində o qrup iştirakçıları üçün aylıq estetik/sənət kursu təşkili olunacaq və hər dəfə tanınmış bir sima orada uğura aparan yolda estetik-mənəvi zənginliklərin rolu haqqında mühazirələr, müzakirələr aparacaq. Qrup mədəni terapiyanın metodlarından yararlanmaqla yeniyetmələrin fərdi istedadları və maraqları üzə çıxarılaraq müəyyən istiqamətdə inkişaflarına dəstək veriləcək. Qarabağa qayıdışa hazırlanan məktəblilərin arzuları, onların beyin məhsulları, təkliflər, ideyalar əks etdirən müzakirələrin təşkili. İstedadlı uşaqların əl işlərindən ibarət sərgi də daxil olmaqla, layihənin və fəaliyyət məhsullarının ictimai təqdimat mərasimi təşkil ediləcək, post-münaqişə dövründə müharibənin psixoloji-mənəvi gərginliklərini azaltmaq, həssas qrupların övladlarına yardım ediləcək. İnternet TV verilişlər, sosial şəbəkə resursları, virtual məhsullar vasitəsi ilə daha çox uşağa təsir mexanizmləri formalaşdırılacaq.

Reallaşdırılacaq aktual layihə fəaliyyətləri zamanı qrup şəkilində şəhid və qazi ailələrinin balaca üzvlərinin şəbəkələşməsi baş tutacaq. Həssas qrupların övladları teatra/kinoteatra, tarix, incəsənət muzeylərinə, həmçinin təbiət qoynuna ekskursiyaları təşkil olunacaq ki, bilgilənmə xarakterli oyunlar, görüşlər vasitəsilə onlar estetik və mədəni cəhətdən daha da zənginləşəcəklər. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbirləri həyata keçirildiyindən istirahətləri və estetik dünyagörüşləri zənginləşməsi üçün mobil master-klasslar reallaşdırılacaq ki, bu fəaliyyətlər nəticəsində müxtəlif sənətlərə maraq oyanacaq. İnteraktiv fəliyyətlər nəticələsində onlarda estetik yaradıcılıq yoluna maraq oyadılacaq. İnternet TV verilişlər hazırlanaraq ictimaiyyətə təqdim ediləcək. Həssas qrupa aid edilən ailələrin övladlarının real və sosial şəbəkələrüstü ünsiyyətinə şərait yaradıldığına görə onların cəmiyyətə inteqrasiyası güclənəcək. Qrupda toplaşan uşaqlara yönəli davamlı fəaliyyətlər üçün estetik klub yaradılacaq, maraqlara uyğun olaraq dərnək, ansambl, idman komandası, könüllülər qrupu fəaliyyətə başlamaları üçün motivasiya veriləcək, şəbəkələşmə gücləndiriləcək. Qrup üzvləri üçün fərqli estetik-yaradıcı imkanlar açacaq mədəni ziyarətlərin davam etməklə gənc nəsil nümayəndələrində yüksək mənəvi dəyərlərə, əxlaqi normalara cavab verən dünyagörüş formalaşdırılacaq. Uşaqlarda estetik-mənəvi dəyərlərə maraq artacaq, sosial bacarıqlar və inam inkişaf edəcək.

Aktual layihədən həssas qrupa aid edilən müharibə şəhidləri və qazilə ailə üzvləri, şəhid anaları və xanımları, yeniyetmələr, gənclər, tələbələr,  veteranlar, yaradıcı şəxslər, KİV nümayəndələri, İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri, eləcə də birbaşa olaraq 8-16 yaşlı uşaqlar faydalanacaqdır.

Layihə cəmiyyətin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə soydaşlarımızı əhatə edəcək. Qarabağa qayıdış və vətənpərvərlik mövzusunda geniş təsəvvürləri və sosial təcrübələri olan şəhid anaları, xanımları, yaradıcı insanlar, Vətənə sevgilərini zənginləşdirmək istəyən gənc nəsilin nümayəmdələri bu layihədə iştirakı təmin olunacaq.

Jalə Ağakişiqızı


Seçilən
18
azia.az

1Mənbələr