AZ

7 yaşlı uşağı qaçıraraq öldürən sürücü ilə bağlı QƏRAR

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, kiçik qızı evinin qarşısından qaçıraraq qətlə yetirdiyini etiraf edən Tanner Horner ölümcül iynə ilə edam cəzasına məhkum edilib. Məhkəmə zamanı təqdim olunan səs yazıları zalda ağır emosional anlar yaşadıb. Yazılarda Hornerin balaca qıza paltarlarını çıxarmağı dediyi, ona “Sən həqiqətən çox gözəlsən” söylədiyi eşidilib. Afina isə dəfələrlə “yox” deyərək anasını çağırıb. Prokurorluq bildirib ki, səs yazılarında daha sonra ağlama, qışqırıq və zərbə səsləri eşidilir. İstintaq materiallarına görə, həmin anlardan sonra kiçik qız öldürülüb. Münsiflər heyəti səsləndirilən sübutlardan sonra göz yaşlarını saxlaya bilməyib. Təxminən üç saat davam edən müşavirədən sonra Tanner Hornerin ölümcül iynə ilə edam edilməsinə qərar verilib.

Hadisə ABŞ ictimaiyyətində böyük rezonans doğurub.

Seçilən
1
2
Ajans.az

3Mənbələr