Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova illərdir müzakirə olunan, Nyu-Yorkda baş tutan toyunun gizli qalan detallarını ilk dəfə açıqlayıb.
Publika.az xəbər verir ki, diplomatın bu etirafları Rusiya mediasında gündəm olub.
2005-ci ildə baş tutan mərasimin dəbdəbəli olmadığını deyən Zaxarova tanışlıqdan cəmi bir ay sonra evləndiklərini bildirib: "Ezamiyyətə getməli idim və qurumu çətin vəziyyətdə qoya bilməzdim. Buna görə də biz dərhal konsulluğa yollanıb imza atdıq. Toyumuzda cəmi 4 nəfər var idi: vitse-konsul, biz, bir də divardan asılan Vladimir Putinin portreti".
Zaxarova həmçinin ailəsinin xarici ölkə vətəndaşı olması ilə bağlı gəzən söz-söhbətlərə də son qoyub. O, özünün və ailə üzvlərinin yalnız Rusiya pasportu daşıdığını vurğulayıb: "Bu yalanın 6 yaşı var və hələ də yayırlar. Ailəmdə heç kimin başqa vətəndaşlığı yoxdur".