AZ

Bu gün Türyançay Dövlət Təbiət Qoruğunun yaranması günüdür

Qoruq Azərbaycanın arid meşə sahələrindən biridir və Bozdağın arid meşə landşaft kompleksini qorumaq məqsədi 6 may 1958-ci il tarixində 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ərazisi genişləndirilmiş və hazırda sahəsi 22488 hektardır.

Yerləşməsi: Ağdaş, Oğuz, Yevlax, Qəbələ rayonları
 Sahəsi: 22488 ha
 Landşaftı: arid meşə
 Rast gəlinən bitki növləri: ağıriyli ardıc, kütyarpaq püstə (saqqızağacı), Gürcü palıdı, Gürcü ağcaqayını, Şərq doqquzdonu, xırdameyvəli albalı, adi nar, adi qaratikan, murdarça, sarağan və s.
 Rast gəlinən heyvan növləri: çöl donuzu, qonur ayı, adi porsuq, daşlıq dələsi, adi tülkü, boz dovşan, adi çaqqal, vaşaq, Aralıq dənizi tısbağası, xınalı kəklik, adi qurqur, ağbaş kərkəs, çay qaraquşu, adi ilanyeyən, leşyeyən ağkərkəs, qara kərkəs, adi zığ-zığ, payız bülbülü, dağ vələmirquşu və s.
 “Qırmızı Kitab”a daxil olan növləri: ağıriyli ardıc, kütyarpaq püstə (saqqızağacı), çay qaraquşu, adi ilanyeyən, ağbaş kərkəs, şahin qızılquş, bərqud, çöl qartalı və s.
Seçilən
33
ekologiya.az

1Mənbələr