ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Kubaya neft tədarük edən bütün təchizatçılar indi ABŞ tərəfindən hədə-qorxu və təhdidlərə məruz qalırlar”
“Əvvəllər Kubaya neft tədarük edən bütün təchizatçılar indi ABŞ tərəfindən azad ticarət prinsiplərinin pozularaq hədə-qorxu və təhdidlərə məruz qalırlar”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Kuba Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Bruno Rodriges Parrilla deyib.
O həmçinin ABŞ dövlət katibi Marko Rubionun Kubaya qarşı heç bir neft blokadasının olmadığı iddiasını “yalan” adlandırıb.
Nazir “Telegram” kanalında yazıb: "Dörd ay ərzində Kubaya yalnız bir yanacaq partiyası gəlib. Bütün təchizatçılarımız azad ticarət və naviqasiya azadlığı prinsiplərinin pozularaq hədə-qorxu və təhdidlərə məruz qalırlar".
"Bir neçə saat əvvəl ABŞ dövlət katibi Kubaya qarşı heç bir neft blokadasının olmadığını bəyan etdi. O sadəcə yalan danışmaq qərarına gəldi. O Prezidentin və Ağ Evin mətbuat katibinin açıqlamasına ziddir danışdı", Rodriges Parrilla qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.